Bakıda sevgi faciəsi: anasına məktub yazıb intihar etdi

Bakıda sevgi faciəsi: anasına məktub yazıb intihar etdi
Hadisə 3071

Dünən Sabunçu qəsəbəsində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Sultanov Yusif İlqar oğlunun özünü öldürməsindən ilk olaraq anası xəbər tutub. Dünən axşam saatlarında işdən evə qayıdan qadın 22 yaşlı oğlunun özünü asdığını görüb və şok keçirib.

İlkin araşdırmalar zamanı 22 yaşlı Yusifin məktubu tapılıb. O, məktubunda anasından halallıq istəyib: "Bu gün mənsiz yatın, bundan sonra saat yoxdur...".

Yaxınlarının bildirdiyinə görə, 22 yaşlı Yusif Sultanov xeyli vaxtmış bir qızı sevirmiş. Lakin qızın yaxınları bu izdivaca qarşı çıxıb və onların qovuşmasına imkan verməyib.

Qeyd edək ki, intihar edən gəncin anası və atası uzun müddət əvvəl boşanıb və o, anası ilə yaşayırmış.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda özünü trosla asan şagirdin məktubu tapıldı

Bakıda özünü trosla asan şagirdin məktubu tapıldı

Bakıda işlədiyi sexdə özünü trosla asıb intihar edən 15 yaşlı yeniyetmənin yazdığı son məktubu üzə çıxıb. BAKU.WS xəbər verir ki, əldə edilən məktub 15 yaşlı T...

2748 Hadisə 17:46 09 avqust 2016

Son xəbərlər