Bulvarda bir nəfər özünü dənizə atdı: cibindən məktub çıxdı
Dənizkənarı Milli Parkda bir nəfər intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
***
Lent.az xəbər verir ki, saat 19 radələrində Saat Qülləsinin yaxınlığında 40-45 yaşlı kişi özünü dənizə atıb. Yaxınlıqdakı şəxslər çalışsalar da, onu xilas edə bilməyib.
Hadisə yerinə gələn xilasedicilər intihar edən şəxsin meyitinin axtarışına başlayıb.
Hadisə yerinin yaxınlığında intihar edən şəxsin pencəyi tapılıb. O, özünü dənizə atmazdan əvvəl pencəyini dirəyə asıbmış. Pencəyin cibindən intihar edən şəxsin məktubu tapılıb. Məktubda həmin şəxs bank borcunun olduğunu və bu borcu ödəyə bilmədiyini yazıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakı bulvarında qadın özünü dənizə atdı
Yanvarın 30-da Dənizkənarı Milli Parkda intihara cəhd hadisəsi baş verib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər sak...