17 yaşlı məktəbli qıza görə intihar edib

17 yaşlı məktəbli qıza görə intihar edib
Hadisə 1625

Xırdalan şəhəri, Rəsulzadə küçəsində intihar hadisəsi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, SalamNews-un əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi Əsədli Fərrux Ağakişi oğlu yeni tikilən binanın damından özünü ataraq intihar edib.

Şəhər 1 saylı orta məktəbinin şagirdi olan F.Əsədlinin intihar etməsinə səbəb sevdiyi qızdan rədd cavabı alması olub. İntihar edən məktəblinin üzərindən sevdiyi qıza yazdığı məktub çıxıb.

Qeyd edək ki, Fərrux Əsədlinin oxuduğu 1 nömrəli tam orta məktəbin direktoru Kəmalə Yusifova intihar edən şagirddən razılığını bildirib: "Fərrux sevimli şagirdimiz olub. O bu il universitetə qəbul olunmağa hazırlaşırdı. Amma son 2 gündə dərsə gəlməyən Fərrux ötən gün səhər saatlarında yaşadığı binanın damından özünü ataraq intihar edib".

Qeyd edək ki, intihar edən yeniyetmənin valideynləri əslən Qubadlı rayonundandır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda gənc “Məni bağışlayın” deyib - İntihar etdi

Bakıda gənc “Məni bağışlayın” deyib - İntihar etdi

Bakıda intihar hadisəsi baş verib. "Report” xəbər verir ki, rayonun Cavadxan küçəsində 1999-cu il təvəllüdlü Məmmədov Rəvan Rövşən oğlu özünü yaşadığı binanın...

2846 Hadisə 13:15 19 dekabr 2016

Son xəbərlər