Bakıda dəhşətli partlayışda ölənlərin kimliyi məlum oldu – Hadisə yerindən görüntülər VİDEO

Bakıda dəhşətli partlayışda ölənlərin kimliyi məlum oldu – Hadisə yerindən görüntülər VİDEO
Video
Hadisə 4989
Bakıda kafedə partlayış nəticəsində ölən şəxslərin adları açıqlanıb.BAKU.WS “Report” agentliyinə istinadən xəbər verir ki, ölən şəxslər kafenin işçiləri olub. Onlardan birinin adı Gülnaz, digərinin adı Zöhrabdır (soyadları dəqiqləşdirilir). Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürən hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. BAKU.WS

Oxşar xəbərlər

FHN Bakıda 2 nəfərin öldüyü partlayış barədə məlumat yaydı - RƏSMİ

FHN Bakıda 2 nəfərin öldüyü partlayış barədə məlumat yaydı - RƏSMİ

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.FHN-dən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binə...

1627 Hadisə 16:47 21 may 2018

Son xəbərlər