FHN Bakıda 2 nəfərin öldüyü partlayış barədə məlumat yaydı - RƏSMİ
21
may
2018
16:47
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.FHN-dən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.Əlavə məlumat veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Bakıda yanğın: 1 yaşı olan uşaq yanaraq öldü
Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 kv.m olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 kv.m olan...