Bakı metrosunun sabiq rəisi vəfat etdi (FOTO)

Bakı metrosunun sabiq rəisi vəfat etdi (FOTO)
Hadisə 2215
 

"Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "Bakı Metropoliteni” QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.

"Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.

Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V.Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub.

BAKU.WS

Oxşar xəbərlər

Rövnəq Abdullayevin müşaviri vəfat etdi

Rövnəq Abdullayevin müşaviri vəfat etdi

SOCAR prezidentinin müşaviri Fərəməz Rüstəmov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə dövlət şirkətinin yaydığı elanda deyilir. "SOCAR-ın rəhbərliyi və...

5387 Hadisə 08:55 23 iyun 2017

Son xəbərlər