Azərbaycanda vəzifəli şəxs vəfat etdi

07
iyn
2017
11:26
"Aqrarkredit" bank olmayan kredit təşkilatının (BOKT) departament rəhbəri dünyasını dəyişib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı elanda deyilir.
Belə ki, "Aqrarkredit"in Problemli kreditlərlə iş departamentinin direktoru Tofiq Əliyev vəfat edib.
"BOKT-un rəhbərliyi Tofiq Əliyevin vəfatından kədərləndiyini bildirir", - deyə elanda qeyd edilib.
Qeyd edək ki, "Aqrarkredit"in səhmlərinin 100%-i dövlətə məxsusdur. Ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Beynəlxalq Bankının problemli aktivləri adıçəkilən BOKT-a ötürülür.
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycan Beynəlxalq Bankının sədri dəyişdi
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədri Elmar Məmmədov vəzifəsindən azad edilib. Bu barədə "Report”a bank dairələrindən bildiri...