“Naxçıvan Kredit”in lisenziyası ləğv edildi

“Naxçıvan Kredit”in lisenziyası ləğv edildi
İqtisadiyyat 1172

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə "Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin ayrılması üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, BOKT-un təsisçilərinin ümumi yığıncağı tərəfindən onun könüllü ləğvinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq MBNP-yə müraciət olunub. "Bank olmayan kredit təşkilatları haqqında” qanun və Palatanın Nizamnaməsi rəhbər tutularaq BOKT-un 6 iyul 2006-cı il tarixli lisenziyası ləğv edilib.

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan "Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələr verilib. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda daha bir bankın lisenziyası ləğv edildi

Azərbaycanda daha bir bankın lisenziyası ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını geri çağırıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Maliyyə Bazarları...

2966 İqtisadiyyat 19:11 30 sentyabr 2016

Son xəbərlər