Nazirlik ləğv edilmiş bankı məhkəməyə verdi
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti lisenziyası ləğv edilmiş "Zaminbank” ASC-ni məhkəməyə verib.
BAKU.WS-in Report-a istinadən məlumatına görə, dövlət xidməti kredit və ona hesablanmış faizlərin ödənilməsi barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan "Zaminbank” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Oxşar xəbərlər
Azərbaycanda tanınmış şirkət bankı məhkəməyə verib
"Holcim" (Azərbaycan) ASC "Bank Standard” Kommersiya Bankını (KB) məhkəməyə verib. "Report"un məlumatına görə, ASC bank qarantiyası üzrə real zərərin faizlərin...