“Elmlər Akademiyası” metrosu qarşısında aksiya-İşçilər etiraz etdi
Bu gün "Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Bizim Yol-a aksiyaçılardan biri, Tikinti Departamentinin 1 nömrəli Tunel Tikinti İdarəsinin qazmaçı vəzifəsində çalışan Aqil Əzizov bildirib.
Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi var: "Biz bu qurumun qanuni işçiləriyik. Bizi məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Buna etiraz edirik”.
Məsələ ilə bağlı olaraq "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib. O, Tikinti Departamentinin işçilərinin ötən gün qəbul edilərək onlarla söhbət aparıldığını deyib: "Bu günə kimi "Bakı Metropoliteni”nin heç bir işçisi işdən azad edilməyib və məcburi öz hesabına məzuniyyətə göndərilməyib. İxtisarlar aparılmayıb. İşləyənlərə isə vaxtlı-vaxtında əməkhaqqı verilib”.
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda qatar tuneldə qalıb
Bakı metropolitenində qatar tuneldə qalıb. APA-nın məlumatına görə, hadisə "İnşaatçılar” və "Elmlər Akademiyası” stansiyaları arasındakı məsafədə baş verib. B...