Babək prospektində güclü yanğın – VİDEO

Babək prospektində güclü yanğın – VİDEO
Video
Hadisə 1874
Ötən gün axşam saatlarında Bakının Babək prospektində güclü yanğın hadisəsi baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Hadisənin görüntülərini “qaynar xətti”mizə göndəriblər. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Bakı şəhərinin Xətai rayonunda qeydə alınıb.Belə ki, ümumi sahəsi 140 m² olan ikimərtəbəli binanın (1-ci mərtəbəsi yağdəyişmə sexi, 2-ci mərtəbəsi ofis kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə, orada olan “ZAZ” markalı minik avtomobilinin yanar hissələri və binanın plastik üzlüyü 30 m² sahədə yanıb.
Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Binanın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ziya BAKU.WS

Oxşar xəbərlər

Gəncədə xəstəxana yandı – 1 nəfər xəstəxanalıq oldu

Gəncədə xəstəxana yandı – 1 nəfər xəstəxanalıq oldu

Gəncədə xəstəxana yanıb.BAKU.WS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda xəstəxananın yerləşdiyi ümumi...

1155 Hadisə 12:37 09 yanvar 2019

Son xəbərlər