Paytaxtda bina yanıb, sakinlər təxliyə edilib
08
noy
2018
21:19
Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.BAKU.WS-
Oxşar xəbərlər
Yaşayış binasında yanğın - 15 nəfər xilas edildi
Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 4-cü m...