Yaşayış binasında yanğın - 15 nəfər xilas edildi

04
sen
2018
08:59
Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.BAKU.WS

Oxşar xəbərlər
Bakıda yataqxanada yanğın
Bakıda yanğın hadisəsi qeydə alınıb.BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda beşmərtəbəli yataqxan...