Azərbaycanlılar Moskvada silahlı hücuma məruz qaldılar

Azərbaycanlılar Moskvada silahlı hücuma məruz qaldılar
Hadisə 996
Azərbaycanlılar Moskvada naməlum şəxslərin hücumuna məruz qalıblar.BAKU.WS İnterfax-a istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 18:30-da baş verib.Üç nəfər "Krasnıy Zor" küçəsində azərbaycanlıların olduğu təkər təmiri sexinə hücum hücum ediblər. Onlar bıçaqla və travmatik silahla azərbaycanlılara müxtəlif bədən xəsarətləri yetirdikdən sonra qaçaraq aradan çıxıblar. Polis hadisədə şübhəli bilinən şəxslərdən birini saxlayəb. Onun Moskvada yaşayan Çeçenistan vətəndaşı olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.Faktla bağlı xuliqanlıq və sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə iki cinayət işi başlanıb.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər