Ceyranbatanda evə basqın edərək ana və qızına xəsarət yetirən şəxslər saxlanıldı
08
mar
2018
10:43
Martın 2-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində evə silahlı basqın edən şəxslərin kimliyi bəlli olub."Report"un Abşeron-Sumqayıt bürosunun verdiyi məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən iki nəfər - 1981-ci il təvəllüdlü Rafiq İlham oğlu Ağayev və 1987-ci il təvəllüdlü Elnur Elbrus oğlu Axundov ötən gecə saxlanılıblar.Qeyd edək ki, martın 2-də Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, ev 5 A ünvanına naməlum şəxslər tərəfindən silahlı hücüm olub. Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəllüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə zamanı qadın və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Abşeronda evə silahlı basqın: ana və qızı ağır yaralandı
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın olub.BAKU.WS xəbər verir ki, "Report"un yerli bürosun...