Abşeronda evə silahlı basqın: ana və qızı ağır yaralandı

Abşeronda evə silahlı basqın: ana və qızı ağır yaralandı
Hadisə 1203
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın olub.BAKU.WS xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, hadisə Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb.Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Maskalı şəxs evə girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar.Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. İlkin ehtimala görə, basqın oğurluq məqsədi ilə törədilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Abşeronda çörək sexində partlayış: yaralılar var - FOTO

Abşeronda çörək sexində partlayış: yaralılar var - FOTO

Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 3 nə...

1843 Hadisə 09:20 19 fevral 2018

Son xəbərlər