Abşeronda çörək sexində partlayış: yaralılar var - FOTO

Abşeronda çörək sexində partlayış: yaralılar var - FOTO
Hadisə 1843
Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarəti alıb.Hadisə nəticəsində sexdə olan 3 nəfər - 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər