Bakıda maskalı şəxslər qadın iş adamının evinə basqın edib
05
sen
2017
16:09
Bakıda maskalı şəxslər evə basqın edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində iş adamı İradə Əliyevanın evində qeydə alınıb.Hadisə zamanı mənzildə ev sahibinin qulluqçusu olub. Evə daxil olan şəxslər qulluqçunun əl-qolunu bağlayaraq mənzildən 75 min manat, 11 min ABŞ dolları, 900 avro, 900 funt-sterlinq, 200 min manatlıq qızıl və “Vinçester” markalı ov tüfəngini aparıblar.Polisin araşdırmaları nəticəsində cinayətin Gürcüstan vətəndaşlarından ibarət 5 nəfərlik dəstə üzvləri tərəfindən törədildiyi məlum olub. Həmin şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.Qeyd edək ki, iş adamı kimi tanınan İ.Əliyeva bir neçə avtobus marşrut xəttinin sahibidir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bağ evinə basqın: 75 min manat, 11 min dollar, 200 min manatlıq qızıl oğurlandı - VİDEO
Bakıda evdən oğurluq olub. Bir gənc dostu ilə əlbir olub yaxın qohumunun evindən 45 min manatdan çox pul oğurlayıb. Hadisə Yasamal rayonunda baş verib. Xəzər ra...