Silahlı şəxslər Kiyevdə otelə basqın etdilər: Azərbaycanlılar yaralanıb

Silahlı şəxslər Kiyevdə otelə basqın etdilər: Azərbaycanlılar yaralanıb
Siyasət 2113
Maskalı və kamuflyaj geyimli bir qrup naməlum şəxs Ukraynanın Korets rayonunun Braniv kəndində Kiyev-Çop yolunun üstündəki mehmanxana-restoran kompleksinə hücum ediblər. Hücum edənlər iki Azərbaycan vətəndaşını döyüblər və müəssisənin işçilərinin əl-qolunu bağlayıblar.Bundan başqa, naməlum şəxslər ikinci mərtəbədəki mağazanı qarət ediblər.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, Rovno vilayətinin polisinin məlumatına əsasən, quldur dəstəsi dörd nəfərdən ibarət olub.Hücum yerli vaxtla təxminən saat 22:00-da baş verib. Qarətçilər təsadüfi ziyarətçiləri – Azərbaycan vətəndaşlarını döyüblər. Azərbaycanlılar həmin vaxt restorana qəhvə işmək üçün daxil olublarmış. Onların telefonları da əllərindən alınıb.Quldurlar insanları əl-qolu bağlı vəziyyətdə qoyaraq hadisə yerini tərk ediblər.Yalnız iki saatdan sonra otelin 59 yaşlı qadın işçisi özünü ipdən azad edə bilib və başqalarının da əl-qolunu açıb. Bundan sonra qadın Kiyev-Çop yoluna çıxaraq avtomobil saxlayıb və baş verənləri sürücüyə danışıb. Polisi də hadisə yerinə məhz həmin sürücü çağırıb.37 və 40 yaşlarında azərbaycanlılar xəstəxanaya çatdırılıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda maskalı şəxslər qadın iş adamının evinə basqın edib

Bakıda maskalı şəxslər qadın iş adamının evinə basqın edib

Bakıda maskalı şəxslər evə basqın edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində iş adamı İradə Əliyevanın evində qe...

2224 Hadisə 16:09 05 sentyabr 2017

Son xəbərlər