Azərbaycanlı qadını döyə-döyə öldürdülər - ŞOK HADİSƏ (VİDEO)

Azərbaycanlı qadını döyə-döyə öldürdülər - ŞOK HADİSƏ (VİDEO)
Video
Hadisə 6041
Türkiyənin Denizli şəhərində azərbaycanlı qadın döyülərək öldürülüb. BAKU.WS-in məlumatına görə, 33 yaşındakı Türkay İsayeva adlı qadının səhər erkən saatlarda evində ölü tapılıb. Qonşuların sözlərinə görə, evində səs-küy olub və bundan sonra hadisə yerinə polis gəlib. Qısa müddətdə hadisə yerinə gələn polis əməkdaşları qadının mənzildə hərəkətsiz vəziyyətdə olduğu görüb və təcili tibbi yardıma məlumat verib. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü bildirib. Ölən qadının meyiti tibbi ekspertiza üçün Pamukkale Universiteti Xəstəxanasına aparılıb. Qadının kim tərəfindən və hansı şəraitdə döyüldüyü istintaqın nəticəsindən sonra aydınlaşacaq. Dünyasını dəyişən qadının 7 yaşlı bir oğlan və bir yaşına çatmamış qız uşağı var. AbbasBAKU.WS

Son xəbərlər