Bakıda oğul bir neçə gün anasının meyiti ilə mənzildə qalıb

Bakıda oğul bir neçə gün anasının meyiti ilə mənzildə qalıb
Hadisə 4435

Bakıda mənzildə çürümüş qadın cəsədi aşkarlanıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Səbayel rayonunda, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidəki mənzillərdən birində 1939-cu il təvəllüdlü Eynullayeva Solmaz Qüdrət qızının çürümüş meyiti tapılıb. S.Eynullayevanın əqli çatışmazlığı olan oğlu anasının öldüyünü anlamayıb. Bu səbəbdən də o, ahıl qadını yatmış hesab edərək anasının üzünü sellofanla örtüb və bir neçə gün onunla eyni mənzildə qalıb.

S.Eynullayevanın oğlu yalnız bir neçə gün sonra, qadının meyiti çürüməyə başladıqda təcili yardıma müraciət edib. Mənzilə gələn tibb işçiləri 78 yaşlı qadının çürümüş cəsədini aşkar ediblər.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 80 yaşlı qadının mənzilində meyiti tapılıb

Bakıda 80 yaşlı qadının mənzilində meyiti tapılıb

Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda...

1264 Hadisə 22:30 31 mart 2017

Son xəbərlər