Bakıda qadını evində öldürənlər tutuldu
Bakıda iki həftə əvvəl törədilən qətlin üstü açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 26-da Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi döngə 4, ev 16 A ünvanında yaşayan, 1947-ci il təvəllüdlü Əzizə Şeydulla qızı Həsənovanı yaşadığı mənzildə qətlə yetirən şəxslər tutulublar. Onlar 1990-cı təvəllüdlü Muxtar Şahmar oğlu Qədirov və 1989-cu il təvəllüdlü Rüfət Hümbət oğlu İsgərərovdur. Saxlanılan şəxslər cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər. Qeyd edək ki, avqustun 26-da Bakı şəhər sakini Əzizə Həsənovanın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda kişi günün günorta çağı qadını yerə yıxdı və soydu
Bakının binəqədi rayonunda qadını küçədə hücuma məruz qalıb. Bakı şəhər Baş polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə 28 May qəsəbəsində qeydə...