Bakıda 80 yaşlı qadının mənzilində meyiti tapılıb

31
mar
2017
22:30
Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Paqarelova Diana Alekseyevnanın meyitini aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 20:54-də başa çatıb.
BAKU.WS

Oxşar xəbərlər
Bakı sakininin üzüyü barmağında qaldı, FHN əməliyyat keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barəd...