Bakıda evi su basdı: FHN 3 nəfəri xilas etdi
02
okt
2016
13:41
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda yağış sularının fərdi yaşayış evlərinin həyətinə yığılması nəticəsində biri uşaq olmaqla 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS-in nazirliyin saytına istinaden verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 10:39-da başa çatıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Xırdalanda evləri su basdı - FHN bir nəfəri xilas etdi
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində ya...