Xırdalanda evləri su basdı - FHN bir nəfəri xilas etdi
30
sen
2016
15:34
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub.
FHN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, sakinlərin evdən çıxmasına çətinliklər yaranıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfər vətəndaşa müvafiq köməklik göstəriblər. Əməliyyat saat 12:58-də başa çatıb.
BAKU.WSOxşar xəbərlər
FHN hava şəraiti ilə bağlı məlumat yaydı - 17 nəfər xilas edilib
FHN qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə gör...