Bayram günü Bulvarda intihar: 3 nəfər ölümdən döndü

Bayram günü Bulvarda intihar: 3 nəfər ölümdən döndü
Hadisə 2563

Bakı bulvarında intihara cəhd olub.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər intihar məqsədilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Xilasedicilər tərəfindən intihara cəhd edən və onu xilas etmək istəyən 2 nəfər xilas edilib.

Əməliyyat saat 04:02-də başa çatıb.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bulvarda intihar etmək istəyən şəxs xilas edildi

Bulvarda intihar etmək istəyən şəxs xilas edildi

Bakıda Dənizkənarı Milli Park ərazisində bir nəfər intihar etmək məqsədi ilə özünü dənizə atıb. BAKU.WS-in FHN-ə istinadən verdiyi məjlumata görə, hadisə ən ya...

1044 Hadisə 17:03 16 avqust 2016

Son xəbərlər