Azərbaycanlı iş adamının "Porsche"sindən silah-sursat tapıldı

Azərbaycanlı iş adamının Porschesindən silah-sursat tapıldı
Hadisə 1350

 

Rusiyada azərbaycanlı iş adamı üzərində qanunsuz silah saxladığı üçün saxlanılıb.

BAKU.WS-in məlumatına görə, Sankt-Peterburqun Krasnoselsk rayonunun polis əməkdaşları "Porsche Cayenne" avtomobilini yol hərəkət qaydalarını pozduğu üçün saxlamaq istəyib. Ancaq avtomobilin sürücü polisə tabe olmaqdan imtina edərək yoluna davam edib. 

Polis avtomobilin qarşısını kəsərək sürücünün tabe olmasını tələb edib. Maşın dayandıqdan sonra "PorschePorşe Cayenne"in 31 yaşlı sürücüsü avtomobildən düşərək qaçmağa çalışıb. Avtomobildə sürücü ilə yanaşı, 51 və 41 yaşlı daha iki həmyerlisi olub. 

Polis işçilərini təhqir edən azərbaycanlıların avtomobilində axtarış həyata keçirildikdən sonra onların polisdən yayınmağının səbəbi məlum olub. Avtomobilin salonundan silah-sursat tapılıb. 

Saxlanılan şəxslər polis bölməsinə aparılıb. Azərbaycanlılar barəsində "qanunsuz silah saxlama" maddəsi ilə cinayət işi açılıb. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Yol polisləri sərxoş "Niva" sürücüsünü belə sürüdü (VİDEO)

Yol polisləri sərxoş "Niva" sürücüsünü belə sürüdü (VİDEO)

Sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü yol polisləri tərəfindən saxlanılarkən qaçmağa çalışıb. BAKU.WS-in məlumatına görə. oxucuların avtosfer.az-a gönd...

2474 Hadisə 16:33 01 fevral 2016

Son xəbərlər