Azərbaycanda İrandan Avropaya gedən yarım ton heroin tutuldu (VİDEO/FOTO)
Aprelin 17-də Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan Volvo markalı yük avtomobilinin sürücüsü Belarusiya Respublikasının vətəndaşı 39 yaşlı Aleksandr Antonoviç Kuzmin idarə etdiyi nəqliyyat vasitəsilə tranzit yolla İran İslam Respublikasından Belçikaya 20 ton 200 kq kişmiş yükü apardığını bəyan edib.
DGK-nın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcədən daxil olan əməliyyat məlumatı əsasında Volvo markalı avtomobil "HCVC 6032" markalı stasionar-rentgen qurğusundan keçirilib. Avtomobildəki kişmiş yükünün arasındakı qaraltılar gömrükçülərdə şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb.
Gömrük yoxlaması zamanı 1997 kişmiş qutusundan 100-də xüsusi üsulla dördbucaq şəkildə qablaşdırılaraq qutulara yerləşdirilən 500 kiloqram narkotik vasitə heroin aşkar edilib.
Avtomobilin sürücüsü yükün İran İslam Respublikasında yükləndiyini və son təyinat məntəqəsinin Belçika olduğunu, yükün içərisindəki narkotik vasitə-heroindən isə ümumiyətlə xəbərsiz olduğunu bildirib. Aşkar edilən narkotik vasitə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu son 1 ayda Azərbaycan gömrükçülərinin narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində həyata keçirdiyi 2-ci uğurlu əməliyyatdır.
BAKU.WS
Oxşar xəbərlər
Gömrükdə külli miqdarda psixotrop maddə tutuldu
Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin mə...