Azərbaycanlı gömrükçülər yarım tona yaxın heroin tutdular (FOTO)

Azərbaycanlı gömrükçülər yarım tona yaxın heroin tutdular (FOTO)
Hadisə 1156

 

Azərbaycan gömrükçüləri əməliyyat məlumatı əsasında külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası vətandaşı Tağıyev Hacıbala Əliməmməd oğlu idarə etdiyi "DAF” markalı 90 ZV 438/99 ZC 154 dövlət nömrə nişanlı  yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından "tranzit” qaydada keçmək istəyib.

Bu zaman tranzit yük gömrük bəyannaməsi ilə bəyan edilən 17800 kq çəkidə "kişmiş” yükünü İran İslam Respublikasından Ukraynaya  apararkən həmin nəqliyyat vasitəsi Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunun terminalındakı "HCVC 6032” markalı stasionar-rentgen qurğusundan keçirilib və "kişmiş” yükünün arasında əks olunmuş görüntüdəki qaraltılar şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb.

Avtomaşının yük yerinə keçirilmiş baxış zamanı orada olan 1800 ədəd "kişmiş” yüklü karton qutuların arasında yük yerinin orta hissəsindəki 114 ədədinin daxilində kişmişlərin altında sellofan paketə qablaşdırılmış, üzərilərinə qırmızı istiot səpələnmiş, dördkünc formalı bağlamalarda ağ, sarımtıl rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroin aşkar olunub. Daha sonra həmin bağlamalar hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 486 kq 698,88 qram olduğu məlum olub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər