Azərbaycanda qətl - bacısını telefonla danışdığına görə öldürdü
03
yan
2019
12:16
Cəlilabad rayon sakini bacısını qətlə yetirib."Report"un Muğan bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Üçtəpə kəndində baş verib.Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Hikmət Rafət oğlu Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Rafət qızı Cəfərovanı qətlə yetirib. İlkin məlumatlara görə, A.Cəfərovanın həyat yoldaşı həbsdə olduğu üçün atasıgildə qalırmış. O, telefonla danışarkən qardaşı ondan kiminlə danışdığını soruşub. Bu zaman A.Cəfərova telefonu söndürərək kimlə danışdığını gizlədib. Daha sonra qardaş-bacı arasında mübahisə yaranıb. Mübahisə zəmnində H.Sadıqov bacısı A.Cəfərova bıçaqlayaraq qətlə yetirib. H.Sadıqov qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.Qeyd edək ki, A.Cəfərovanın 11 yaşlı bir övladı var.Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Göygöldə 17 yaşlı oğul atasını qətlə yetirib
Göygöl rayonunda qətl hadisəsi törədilib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.Həmin kən...