Azərbaycanda böyük "narkotika" əməliyyatı – Saxlanılanlar var

Azərbaycanda böyük narkotika əməliyyatı – Saxlanılanlar var
Hadisə 1417

Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, ümumi çəkisi 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək, 2,3 kiloqramdan çox marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.Qeyd edək ki, Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunmuş S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkar edilərək götürülüb.Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır. Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Cənub bölgəsində böyük əməliyyat – SAXLANILANLAR VAR – FOTO

Cənub bölgəsində böyük əməliyyat – SAXLANILANLAR VAR – FOTO

Azərbaycanın cənub bölgəsində polisin keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik aşkarlanıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU...

4017 Hadisə 13:50 25 yanvar 2019

Son xəbərlər