Keçmiş məhkumun evindən 2,6 kiloqramdan çox narkotik çıxdı
17
yan
2019
12:52
Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Masallı rayon Polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığ evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 2,6 kiloqramdan çox tiryək,həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkar edilərək götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bu il külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Azərbaycan polisi bu ilin 10 günü ərzində külli miqdarda narkotik maddə dövriyyədən çıxarıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə mə...