Bakıda əməliyyat - Külli miqdarda narkotik götürüldü

Bakıda əməliyyat - Külli miqdarda narkotik götürüldü
Hadisə 1147

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 1,2 kiloqram heroin götürülüb.Digər əməliyyat Sabunçu rayonunda baş tutub. Əməliyyat Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib.Keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə etmə və üzərində daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Maştağa qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi əlavə 510 qram heroin də polis əməkdaşları tərəfindən götürülüb.Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Keçmiş məhkumun evindən 2,6 kiloqramdan çox narkotik çıxdı

Keçmiş məhkumun evindən 2,6 kiloqramdan çox narkotik çıxdı

Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.D...

623 Hadisə 12:52 17 yanvar 2019

Son xəbərlər