Azərbaycanda 42 yaşlı kişi diri-diri yandı
08
mar
2019
13:15
Qusar rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə rayon ərazisində qeyd alınıb. Belə ki, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.BAKU.WS
Oxşar xəbərlər
Çoxmərtəbəli yaşayış binasında güclü yanğın – BİR NƏFƏR YANIB ÖLDÜ
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m²...