Azərbaycan Ordusu şəhid verdi

Azərbaycan Ordusu şəhid verdi
Hadisə 1194

 

Hərbi qulluqçumuz şəhid olub.

 

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Qeyd edək ki, bu gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Kəngərli, Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 113 dəfə atəş zərbəsi endirib.

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə gərgin vəziyyət

Cəbhədə gərgin vəziyyət

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozub. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən m...

923 Hadisə 10:51 10 fevral 2016

Son xəbərlər