Azərbaycanda quduz itin 9 nəfəri dişlədiyi həmin DƏHŞƏTLİ ANLAR - VİDEO
25
apr
2019
12:23
Lənkəran rayonunda it 9 nəfəri dişləyib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra zərərçəkənlərin əksəriyyəti evə buraxılıb. Sabah onlara quduzluq əleyhinə vaksin vurulacağı bildirilib.
Oxşar xəbərlər
Azərbaycanda quduz itlər insanlara hücüm edib 10 nəfəri dişlədi - VİDEO
Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib."Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.Bildirili...