Azərbaycanda qadın sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var

Azərbaycanda qadın sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var
Hadisə 1093
Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Elnarə Ağazəki qızı Ağakərimovanın idarə etdiyi 99-HK-779 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 50 yaşlı E.Ağakərimova və 58-60 yaşlı, şəxsiyyəti hələ məlum olmayan daha bir qadın hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha 3 nəfər, Bakı şəhər sakinləri: bir ailənin üzvləri - 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və 9 yaşlı Zəki Hadıyev aldıqları ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, yaralıların vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər