Axtarışda olan şəxslər saxlanılıb

Axtarışda olan şəxslər saxlanılıb
Hadisə 405
Axtarışda olan şəxslər saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yaxınlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.2 ( Xuliqanlıq) maddəsi ilə axtarışda olan 23 yaşlı Mikayıl Nəsirov Rusiya Federasiyasında tutularaq ölkəmizə ekstradisiya olunub.RPŞ-in əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, Cinayət Məcəlləsinin 315.2 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstan Respublikasında tutularaq ölkəmizə ekstradisiya olunub.

Oxşar xəbərlər

Azərbaycanda axtarışda olan şəxslər saxlanıldı

Azərbaycanda axtarışda olan şəxslər saxlanıldı

Azərbaycan polisinin keçirdiyi əməliyyat nəticəsində ölkədə müxtəlif cinayətlərə görə axtarışda olan şəxslər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətb...

877 Hadisə 10:24 24 yanvar 2019

Son xəbərlər