Azərbaycan polisi İnterpol ilə birgə əməliyyat keçirdi – Saxlanılan var

20
okt
2018
11:48
Axtarışda olan şəxs saxlanılaraq ölkəmizə ekstradisiya olunub.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə məlumat verib.
Bildirilir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılıb.
Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda əməliyyat – 32 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq...