Adam oğurlayan şəxs Azərbaycana ekstradisiya edildi
28
dek
2018
12:26
Azərbaycan Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Əli Hüseynli Rusiya Federasiyasının ərazisində saxlanılıb.Ə.Hüseynli Azərbaycana ekstradisiya edilib.BAKU.WS
Oxşar xəbərlər
Aktiv rüşvətxorluqla məşğul olan şəxs ələ keçdi
Azərbaycanda aktiv rüşvətxorluqla məşğul olan şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata...