Astarada şəlalədə çimən turisti söydü, həbs olundu

Astarada şəlalədə çimən turisti söydü, həbs olundu
Hadisə 36

Astarada şəlalədə çimən adamı söyən şəxs həbs edilib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonda məşhur Sım şəlaləsi ərazisində qeydə alınıb.

40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalənin yanında olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını deyib və sudan çıxmasını istəyib. Qarşı tərəf də buranın istirahət zonası olduğunu deyərək, Həmidin sözünə məhəl qoymayıb və çimməyə davam edib.

Bundan hiddətlənən Həmid özündən çıxaraq, şəlalədə olan digər insanların içində onu nalayiq ifadələrlə təhqir edib.

Faktla bağlı Həmid Mədətov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

Həmid Mədətov əməlindən peşman olduğunu və gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirib.

Məhkəmənin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər