Astarada 10 aylıq körpə ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada 10 aylıq körpə ölüb.
Bu barədə "Report"un cənub bürosu məlumat verir.
İlkin məlumata görə, Astara rayonu Siyəkü kənd sakini - 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib. Körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər. Halı daha da pisləşən körpəni yaxınları əvvəlcə Şürük kənd xəstəxanasına, oradan da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar
Gəncədə tanışını yandıraraq öldürməkdə təqsirləndirilən Elməddin Kazımov, Niyaməddin Kazımov, Gündüz Kazımov və Pərviz Kazımovun cinayət işi üzrə məhkəmə proses...