Almaniyadan deportasiya olunanlarla bağlı rəsmi AÇIQLAMA
20
iyl
2018
17:18
Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib. BAKU.WS real-a istinadən xəbər verir ki, onlar “Readmissiya haqqında” sazişə əsasən çarter reysi ilə Azərbaycana göndəriliblər. Almaniyanın Bamberq, Valdsassen, Üiesburq, Kürten, Hoff, Rhede, Bocholt və digər şəhərlərində məskunlaşan Azərbaycan vətəndaşlarının Avropada qanunsuz əsaslarla yaşayanlar, yaxud Almaniya ərazisinə qanunsuz daxil olanlar olduğu bildirilir. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov azərbaycanlıların deportasiyası ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər:“Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”. BAKU.WS
Oxşar xəbərlər
Almaniyadan deportasiya edilən 50-dən çox Azərbaycan vətəndaşı saxlanılıb - FOTO
Almaniyadan deportasiya edilən 50-dən çox Azərbaycan vətəndaşı elə Bakı aeroportunda saxlanılıb.BAKU.WS haqqin.az-a istinadən xəbər verir ki, bu barədə bu barəd...