Azərbaycanlı musiqiçi Rusiyada saxlanıldı; o deportasiya edilə bilər

Azərbaycanlı musiqiçi Rusiyada saxlanıldı; o deportasiya edilə bilər
Şou-biznes 1217
Sank-Peterburqda yaşayan azərbaycanlı musiqiçi Ruslan Danilevski polis tərəfindən saxlanılıb.BAKU.WS-in rosbalt.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə musiqiçinin dostu Elena Genova məlumat verib.Onun sözlərinə görə, səhər 06:00 radələrində Danilevski çöldə olarkən polis əməkdaşları ona yaxınlaşıb və sənədlərini təqdim etməsini istəyiblər. Onun üzərində pasport olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək məqsədilə polis bölməsinə aparılıb. Polis bölməsində onun ümumiyyətlə pasportu olmadığı məlum olub. Danilevskinin Azərbaycana deportasiya ediləcəyi bildirilir.Elena Genovanın sözlərinə görə, Ruslan Danielevski sənədlərin hazırlanma mərhələsində idi. O, uşaq yaşlarında anası ilə birlikdə Rusiyaya köçüb və bu illər ərzində ona sənəd düzəldilməyib. Musiqiçi bu yaxınlarda pasport almaq üçün səfirliyə müraciət edib.Musiqiçinin bu günə planlaşdırılan konsertinin baş tutacağı sual altındadır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtomobil oğruları tutulub

Bakıda avtomobil oğruları tutulub

Bakı şəhərində avtomobil oğurlayan şəxslər saxlanılıb.DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməs...

1543 Hadisə 15:10 20 yanvar 2018

Son xəbərlər