VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyanın paytaxtı Moskva şəhərində kriminal aləmdə "Surik Andijanski” kimi məşhur olan 39 yaşlı "qanuni oğru”, Suren Tavadov saxlanılıb.


BAKU.WS
-in məlumatına görə, "qanuni oğru” külli miqdarda narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsilə cinayət iş başlanılıb.

Qeyd edək ki, "Surik Andijanski” 2004-cü ilin sonu, 2005-ci ilin əvvəllərində Ded Hasan tərəfindən titullandırılıb. Lakin ona bu titul gördüyü işlərə görə yox, varlı və tanınmış ailədən olduğu üçün verilib. Çünki Suren Tavadovun ailəsi Özbəkistanın ən yüksək elitasındandır.

Onun ailəsi Ded Hasanın himayəçilərindən olduğu üçün onların oğullarına "qanuni oğru” titulu verilib. Suren Tavadov heç vaxt oğru aləminə məxsus cinayətlərdə iştirakçı olmayıb və "sxodka”larda iştirak etməyib. Onun həbsxanada özünü necə aparacağı və "qanuni oğru” adına layiq ola biləcəyi kriminal aləm üzvlərinin çoxunda şübhə yaradır.


Çox ehtimal ki, onu həbsxanada "sındıracaqlar” və o, titulundan məhrum ediləcək. Onun həbsxanada Ded Hasanın düşmənləri tərəfindən öldürüləcəyi də istisna olunmur.

Ziya Səccad
BAKU.WS