Bakıda univermaq qarət olundu: qızıllar oğurlandı

Bakıda univermaq qarət olundu: qızıllar oğurlandı
Hadisə 3548

 

Bakının Nəsimi rayonundakı iri ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib.

BAKU.WS anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsi 5 ünvanında yerləşən Moskva univermağında qeydə alınıb. Gecə vaxtı univermağa gələn naməlum şəxslər qapını sındıraraq içəri daxil olublar. Ticarət mərkəzindən xeyli miqdarda qızıl- zinət əşyaları götürən qarətçilər dərhal oranı tərk ediblər. Ticarət Mərkəzinin mühafizəçisi hadisə vaxtı yatdığından oğurluqdan xəbəri olmayıb.

Mühafizəçi baş verənlərdən xəbər tutandan sonra polisə məlumat verib. Oğurluq baş verən əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir. Faktla əlaqədar Nəsimi rayon polis idarəsində Cinayət məcəlləsinin 177-ci, yəni oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda baş verən dəhşətli qətlin üstü açıldı

Azərbaycanda baş verən dəhşətli qətlin üstü açıldı

Dekabrın 18-i axşam saatlarında Samux rayonunda törədilən qətlin üstü açılıb. Rayonun polis və prokurorluq əməkdaşlarının birgə keçiridikləri əməliyyat-axtarış...

1746 Sosial 14:00 20 dekabr 2015

Son xəbərlər