100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA-nın məlumatında deyilir.
Müəyyən edilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.
"Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək "Günəş" restoranının fəaliyyəti məhdudlaşdırılıb", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Bakının ən bahalı ünvanları: Şok qiymətlər
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti...