İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb

İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb
Video
Sosial 6

İsmayıllı-Lahıc avtomobil yolunda qaya uçqunu baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçaları qoparaq magistrala tökülüb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Yolun qaya parçaları və daşlardan təmizlənməsi üçün əraziyə səhər saatlarında ağır texnika cəlb olunub.

Hazırda yolun yenidən istifadəyə verilməsi məqsədilə təmizləmə və bərpa işləri aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər