Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım"
Şamaxının Qaleybuğurd kəndində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimi Fatimə Əlizadə Bakıdan kəndə təxminən 140 kilometr yol qət edir.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, o, həftənin üç günü Qaleybuğurd kəndində dərs deyir.
Müəllimə bildirib ki, ilk vaxtlar bu yol, xüsusilə çay keçidi onun üçün çətin olub. "Məni hər gün bu kəndə gətirən müəllimlik sevgisi və uşaqlara olan bağlılığımdır. İlk vaxtlar 140 kilometrlik yol və çay keçidi mənim üçün çətin idi. Ağladım ki, mən bu çayı necə keçəcəyəm? Amma indi bu yol həyatımın bir hissəsinə çevrilib. Yaxşı ki, bu kəndi seçmişəm", - deyə F.Əlizadə sözlərinə əlavə edib.
Müəllimə vurğulayıb ki, ucqar bölgələrdə yaşayan uşaqların da keyfiyyətli təhsilə ehtiyacı var və müəllimlər bu istiqamətdə öz töhfələrini verməlidirlər.
Oxşar xəbərlər
Bakının ən bahalı ünvanları: Şok qiymətlər
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti...