SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə BAKU.WS-ə İstehsalat Birliyindən bildirilib.
Bildirilib ki, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilir.
Bütün sahələrdə müvafiq maarifləndirmə aparılır və mövcud vəziyyət nəzarətdə saxlanılır.
Oxşar xəbərlər
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
Sabah Qəbələ şəhərinin Pastar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi m...